Abramoviçin ABŞ-da həbs edilməsinin səbəbi açıqlandı
26.03.2013 - 04:12
Abramoviçin ABŞ-da həbs edilməsinin səbəbi açıqlandı
“Çelsi”nin prezidenti Roman Abramoviçin ABŞ-da həbs edilməsi ilə bağlı yayılan xəbərlərə biznesmenin vəkili Aleksandr Dobrovinski aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, London klubunun sahibinin vəkili iddia edir ki, Abramoviçin Nyu-Yorkda Amerika Federal Təhlükəsizlik Börüsu tərəfindən saxlanılmasının səbəbi korrupsiya ilə bağlıdır.

Belə ki, FTB Abramoviçi 2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahiblik etməsi hüququnu qazanan Rusiyanın korrupsiya ilə bağlı dindirib:
“Abramoviçin Federal Təhlükəsizlik Börüsunda dindirilməsi doğurdur. Çünki Rusiyanın 2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahiblik etməsi amerikalılarda maraq oyatdı. Onlar turnirin keçirilməsinin hüququnu qazanan Rusiyanın korrupsiya təşkil etdiyindən şübhələnirlər. Sadəcə, Abramoviç dindirildi. Həbs edilməsi doğru deyil”.