Skolari: Addımbaaddım getmək lazımdır
26.03.2013 - 05:47
“İtaliyaya qarşı oyunla müqayisədə həmin ki səviyyəni göstərdilər. Amma nəzərə almaq lazımdır ki, bu gün biz çox yaxşı təşkil edilmiş, əla oynayan komandaya qarşı mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya yığma komandasının baş məşqçisi Luis Felipe Skolari deyib. Təcrübəli mütəxəssis DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya ilə yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirib.
Skolari bildirib ki, uğur əldə etmək üçün addımbaaddım getmək lazımdır: “Amma qapımızdan buraxdığımız qoldan sonra komandamın reaksiyası mənim xoşuma gəldi. Buna görə də futbolçularımız hesabı bərabərləşdirə bildilər. Topa malik oldular, irəli getdilər və istədiyimizə nail olduq. Biz düzgün istiqamətdə gedirik. Uğur əldə etmək qısa yol deyil. Addımbaaddım getmək lazımdır. Bu, tək yoldur və biz səbirlə gedirik”.
Qeyd edək ki, Rusiya - Braziliya qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.

0
0