“Biz Titonun qayıdışına çox şadıq”
28.03.2013 - 05:00
“Barselona”nın futbolçusu Kristian Teyo komandanın baş məşqçisi Tito Vilanovanın ünvanına xoş sözlər səsləndirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı oyunçu Amerikada xərçəng xəstəliyindən müalicə olunub və artıq səhhəti normallaşaraq evinə dönən təcrübəli çalışdırıcının gəlişinə sevindiklərini bildirib.
Teyo Vilanovanın Kataloniya təmsilçisinə lazım olduğunu bildirib: “Biz Titonun gəlişinə çox sevindik. Onun qayıdışına şadıq. Vilanova komandaya lazımlıdır. Əsas odur ki, o, tamamilə sağalsın. Xordi Roura Titonun yoxluğunda işini çox gözəl yerinə yetirdi. Bundan sonra yolumuza inamlı addımlara davam edəcəyik”.

0
0