Qvardiola “Bavariya”ya “Barselona”dan məşqçilər aparır
28.03.2013 - 05:42
Gələn mövsümdən etibarən “Bavariya”nı çalışdıracaq olan Xosep Qvardiola indidən özünə köməkçi məşqçilər seçməyə başlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis sabiq komandası “Barselona”da işlədiyi dövrlərdə ona yardımçı olan məşqçiləri Münhen klubuna gəlməsini təklif edib.
İspaniyanın “Marca” qəzetinin iddiasına görə, bunlar Domeneku Torrenu ilə Karlesu Planşarudur. Hər iki məşqçi Kataloniya klubunda rəqib komanda haqqında videomaterialların hazırlanması işinə baxır.
İspaniyanın “Marca” qəzetinin iddiasına görə, bunlar Domeneku Torrenu ilə Karlesu Planşarudur. Hər iki məşqçi Kataloniya klubunda rəqib komanda haqqında videomaterialların hazırlanması işinə baxır.
0
0