Yaya Ture transfer xəbərlərini təkzib etdi
28.03.2013 - 06:41
Bir müddətdir adı PSJ-yə transfer olunacağı ilə çəkilən “Mançester Siti”nin futbolçusu Yaya Ture bu xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili yığma komandasının 29 yaşlı üzvü bunları təkzib edib.
O, komandasının uğur qazanması üçün əlindən gələni edəcəyini bildirib: “Transfer dövrü yaxınlaşdığı üçün bu tip fərziyyələr hər zaman çıxar. Mən professional bir oyunçuyam. Hazırda “Mançester Siti”nin formasını geyinirəm. Mövsümü yaxşı bir mövqedə başa vurmaq üçün əlimdən gəldiyi qədər döyüşəcəyəm. Ancaq PSJ də daxil olmaqla hər hansı bir klubla danışıqlar aparmamışam və ya razılaşmamışam”.
Qeyd edək ki, Ture “Mançester Siti”yə 2010-cu ildə “Barselona”dan transfer olunub. Yaya ingilis klubunda 124 matçda meydana çıxıb və 27 qol vurub.

0
0