Karrager və Reyna sıraya döndü
28.03.2013 - 07:13
Karrager və Reyna sıraya döndü
“Liverpul”a şad xəbər. Apasport.az saytının məlumatına görə, ingilis klubunun iki futbolçusu zədəsini sağaldaraq sıraya dönüb. Bunlar müdafiəçi Ceymi Karrager və qapıçı Pepe Reynadır.

Hər iki futbolçu Premyer Liqanın 31-ci tur çərçivəsində səfərdə “Aston Villa”ya qarşı oyunda forma geyinə biləcək. Artıq oyunçular komanda ilə birgə məşqlərə başlayıb.

Qeyd edək ki, ispaniyalı əlcək sahibi Reyna zədə üzündən son iki qarşılaşmanı, Karrager isə yalnız ötən tur “Sauthempton”la matçı buraxmışdı.