“Azarkeşlərimiz bizdən 10-cu kuboku istəyir”
28.03.2013 - 07:45
“Real”ın futbolçusu Xabi Alonso komandası haqda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi Madrid təmsilçisinin ölkə çempionatında o qədər də yaxşı uğurlu çıxış etmədiyini bildirib.
O, “Kral klubu”nun azarkeşlərinin komandadan 10-cu kuboku istədiklərini ifadə edib: “La Liqada “Real”ın vəziyyəti heç də yaxşı deyil. Biz çempion olmaq istəyirdik. Bundan sonra yaxşı oynamağa və bütün matçlarda qalib gəlməyə çalışmalıyıq. Azarkeşlərimiz bizdən 10-cu dəfə Çempionlar Liqasını qazanmağımızı xahiş edirlər. Hamımız buna çox cəhd edirik. Finala mütləq çıxmaq istəyirik. Amma əvvəlcə daha bir neçə addım atmaq lazımdır. Xüsusi ilə də “Qalatasaray”la ilk görüşdə yaxşı oynamalıyıq”
Qeyd edək ki, “Real” İspaniya La Liqasının turnir cədvəlində 61 xalla 2-ci pillədə qərarlaşıb. Onları lider “Barselona”dan 13 xal ayırır.

0
0