Georgi Çixradze: Gürcülərlə matç oyun praktikası baxımından yararlı oldu
28.03.2013 - 11:08
“Hazırlıqlar hələ Zaqataladan başlayan proqram üzrə davam etməkdədir”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Tengiz Burcanadze adına şəhər stadionunda keçirilən “Qori” – “Simurq” matçında qonaqlar minimal hesabla qalib gəldi. 14-cü dəqiqədə polşalı yarımmüdafiəçi Martsin Burkhardtın 40 metrdən vurduğu qol Zaqatala təmsilçisinə qələbə qazandırdı.
Gürcü çalışdırıcının sözlərinə görə, vətənində keçirilən bu görüş “Simurq”lu futbolçulara oyun praktikası baxımından çox kömək edəcək: “Milli komandaların oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən fəal şəkildə yararlanmaq lazım idi. Bu üzdən Gürcüstanın Qori şəhərinin “Dila” klubu ilə çox yaxşı yoxlama oyunu keçirdik. Bu matç yetirmələrimin oyun praktikası toplaması baxımından yararlı oldu. Hazırda komanda Zaqataladadır və “Bakı” ilə oyununun hazırlıqlarını keçir”.
Qeyd edək ki, “Simurq” – “Bakı” oyunu martın 30-da baş tutacaq. Qarşılaşmanın başlanma vaxtı saat 17:00-dır.

0
0