“Mourinyo “Real”dan ayrılarsa, mən də ayrılacam”
30.03.2013 - 06:45
“Real”ın baş məşqçisi Joze Mourinyonun köməkçisi Aitor Karanka maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, o, portuqaliyalı çalışdırıcının “Kral klubu” ilə yolları ayrıldığı təqdirdə, özü də Madrid təmsilçisini tərk edəcəyini bildirib.
Karanka həm Mourinyo, həm də digər texniki heyətlə çalışdığı üçün çox xoşbəxtdir: “Mourinyo “Real”dan ayrılmağa qərar verdiyi gün, mən də qərarımı vermiş olacağam. Onunla və digər texniki heyətlə çalışmaqdan çox xoşbəxtəm. Lakin bununla bağlı bir planım yoxdur”.

0
0