“Şansımızı kiminsə ayağına buraxmalı deyildik” - MÜSAHİBƏ
01.05.2013 - 00:03
“Şansımızı kiminsə ayağına buraxmalı deyildik” - MÜSAHİBƏ
“Bakı”nın kapitanı Aqil Nəbiyevin apasport.az saytına müsahibəsi

- “Atletiko” ilə oyunda komandanı kapitan kimi siz çıxardınız. Hansı hissləri keçirirdiniz?
- Məncə, ilk hissədə yaxşı, maraqlı oyun oldu. Rəqib qol vurmağa çalışırdı. Onlarda 1-2 əsas futbolçu – Falkao ilə Arda oynamadı. Bizə nəticə o qədər vacib deyildi. “Atletiko”nun Azərbaycana gəlməyi özü bir nəticədir. Bu mənada gənc futbolçularımız üçün yaxşı bir şans oldu. İnanıram ki, gələcəkdə bəzi klublarımız da azərbaycanlı futbolçular üçün belə şərait yaradacaq.

- Oyunun daha maraqlı olacağı gözlənilirdi. Ancaq stadionda həmin ab-hava olmadı, azarkeşlərin sayı az idi. Bunu nə ilə əlaqələndirərdiniz?
- Tribunalar doldurmaq azarkeşlərdən asılıdır. Çünki nə vaxtdandır reklamlar gedirdi. Azərbaycana dünyanın ulduzları gəlirdi. Məncə, azarkeşləri onları televiziyadan yox, stadiondan seyr etməyi yaxşı olardı.

- Müdafiədə yeganə təcrübəli futbolçu siz olduğunuzdan, əsas yük sizin üzərinizə düşürdü...
- Onlar bir az təcrübəsizdirdilər. Bizə də çempionatda qarşıda çətin matçlar olduğundan, bir hissə oynamaq deyilmişdi.

- Siz əvəzləndikdən sonra 2 qol buraxaraq, 0:3 hesabı ilə uduzdunuz.Meydana çıxararkən darmadağın olacağınızı düşünürdünüz?
- Kimin meydanda olmağına klubun məşqçiləri fikir verir. Bizim həftəsonu çempionatda oyunumuz olduğuna görə bərpa prosesini keçmək və həmin matçlara hazırlaşmağımız lazımdır.

- Təkcə “Bakı” yox, Azərbaycanın ulduz futbolçuları oynasaydı, daha maraqlı matç olardı...
- Razıyam. Klublara dəvət göndərilmişdi. Ancaq futbolçularını buraxmadılar. Başqa klublarımızdan futbolçuların iştirakı ilə oyun daha maraqlı, yaxşı olardı.

- Sizcə, “Bakı” tam heyətlə, yəni legionerlərlə oynasaydı, fərqli nəticə olardı?
- Məncə, yox. Çünki bu oyunda azərbaycanlı futbolçulara şərait yaradılmışdı ki, tanınmış futbolçulara qarşı oynasınlar. Buna görə düzgün addım idi. Həm biz, həm də əsas gənc futbolçular təcrübə qazandılar.

- Çempionatda nəyə ümid edirsiniz?
- Yalnız bir şansımız var ki, o da 4-cü yeri tutmaq. Bu, bizə avrokuboklara vəsiqə verə bilər. Bunun üçün “Qarabağ”ın çempion olmağını gözləməliyik ki, “Neftçi də kubokun finalında “Xəzər Lənkəran”a qalib gəlsin.

- “Neftçi” çempionluq şansınə əldən verər?
- Futbolda hər şey olur. Mən AZAL-la oynayanda da belə oldu. Biz 4-cü yeri tutduq və Avroliqaya getdik. Biz öz şansımızı kiminsə ayağına buraxmalı deyildik.

Mehman SÜLEYMANOV
0