Joze Mourinyo: Sevildiyim yerdə olmaq istəyirəm
01.05.2013 - 02:08
“Oyunçularım matça bütün güclərini verdilər. Bizim əvvəl qol vurmaq imkanımız oldu, amma alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib, finala keçə bilməmələrini dəyərləndirib: “Santyaqo Bernabeu” stadionu bu gün qəzəblənirdi, azarkeşlər sonuna kimi inanırdılar. Lakin bəxt bizdən uzaq oldu. Futbolda qazanarsan və ya uduzarsan. Məncə, bu gün qazandıq. Erkən qol vurmamağımız çox pis oldu. Növbəti mövsüm ”Real”da olmaya bilərəm. İnsanların məni sevdiyi bir yerdə olmaq istəyirəm”.

0
0