Dünya və Avropa çempionu “Qəbələ”də
01.05.2013 - 19:21
Dünya və Avropa çempionu “Qəbələ”də
“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən karateçi Rəfael Ağayev klubun karate bölməsinin rəhbəri təyin edilib.

Ağayev həm də idmançı kimi “Qəbələ”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Rəfael Ağayev 4 qat dünya, 10 qat Avropa çempionudur. O bundan əlavə bir sıra yüksək reytinqli yarışların qalibi olub.
0