Yubiley oyununa çıxdı, 17-ci futbolçu oldu
01.05.2013 - 23:40
“Barselona”nın qapıçısı Viktor Valdes Çempionlar Liqasında yubiley oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper Avropanın ən titullu klub turnirinin “Bavariya” il baş tutan yarımfinal mərhələsinin cavab oyununda Kataloniya təmsilçisinin heyətində 100-cü dəfə forma geyinib.
Valdes həmçinin Çempionlar Liqasında 100-cü oyununda meydana çıxan 17-ci futbolçu olub. Bu siyahının ilk pilləsində isə “Real”ın sabiq hücumçusu Raul Qonsales qərarlaşıb. Təcrübəli oyunçu “Kral klubu” və “Şalke” ilə 142 görüşdə mübarizə aparıb.
Qeyd edək ki, Çempionlar Liqasında Viktor Valdes “Barselona”nın heyətində ilk matçını 18 sentyabr 2002-ci il tarixində Kiyev “Dinamo”suna (3:2) qarşı keçirib. 31 yaşlı qapıçı 3 dəfə (2006, 2009, 2011) bu turnirin qalibi olub.

0
0