XXI əsrdə ilk dəfə
02.05.2013 - 02:20
XXI əsrdə ilk dəfə
“Bavariya”ya Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda uduzan (4:0, 0:3) “Barselona” XXI əsrdə bir ilklə üzləşib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi birinci dəfə XXI əsrdə Avropanın ən titullu klub turnirində bir komandaya iki dəfə məğlub olub.

Həmçinin “Barsa” hər iki görüşdə pley-off oyunlarında məyus olub.

Belə ki, “Barselona” 1997/1998 mövsümündə Kiyev “Dinamo”suna doğma azarkeşləri önündə 3:0, səfər matçında isə 4:0 hesabı ilə uduzub.

Qeyd edək ki, kataloniyalılar növbəti mövsümdə də (1998/1999) Münhen klubuna hər iki görüşdə təslim olub.