Çempionlar Liqası: Hələ belə final olmamışdı
02.05.2013 - 08:29
Çempionlar Liqası: Hələ belə final olmamışdı
Avrokuboklar tarixində ikinci dəfə finalda Almaniya klubları oynayacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının həlledici qarşılaşmasına yüksələn “Bavariya” və Dortmund “Borussiya”sı 33 il əvvəl yaşanan finalın təkrarına nail olub.

Lakin bu dəfə “Bundesfinal” ilk dəfə Çempionlar Liqasında yaşanacaq. Çünki 33 il əvvəl Almaniya klubları UEFA kubokunun həlledici matçında görüşmüşdü. O vaxt Mönhenqladbax “Borussiya”sı ilə “Ayntraxt” qarşılaşmışdı. Səfərdə 2:3 hesabı ilə uduzan Frankfurt təmsilçisi cavab matçında 1:0 hesabına sevinərək səfər qollarına görə kuboku qazanmışdı.

Bu, Berti Foqtsun karyerasını bitirməsindən sonra “Borussiya”nın titulu itirməsi ilə nəticələnmişdi. Belə ki, 1978/79 mövsümündə də UEFA kubokunun finalına yüksələn mönhenqladbaxlılar Foqtsun da köməyi olmaqla kuboku qazanmışdı.

Qeyd edək ki, alman finalı avrokuboklarda eyni ölkə təmsilçilərinin 18-ci belə oyunu olacaq.

İtaliya və İspaniya klubları hərəyə 7, İngiltərə, Almaniya və Portuqaliya təmsilçiləri isə 1 dəfə finalda üz-üzə gəlib. Çempionlar Liqasında isə yalnız 2 belə final yaşanmışdı. 1999/2000 mövsümündə “Real” “Valensiya”nı 3:0, 2002/03 mövsümündə “Milan” “Yuventus”u qolsuz bitən matçın penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edib.
0