“Xəzər Lənkəran”, yağlı tikə və poker - STATİSTİKA
02.05.2013 - 10:55
“Xəzər Lənkəran”, yağlı tikə və poker - STATİSTİKA
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXIX turunda “Kəpəz”lə oyunda özünəməxsus pokerə imza ata bilər. Apasport.az saytının məlumatına görə, cari mövsümdə gəncəlilərlə baş tutan ilk 3 oyunda qələbə qazanan “ağ-yaşıllar” 4-cü dəfə rəqibini məğlub etməklə, 1 çempionatda eyni rəqibdən 12 xal almağı bacaracaq.

Səfər oyunlarında minimal fərqli qələbələr qazanan “Xəzər Lənkəran” evdə darmadağın etdiyi rəqibi yenidən qonaq edəcək. Bu üzdən də mövsümdə 4-cü qələbənin qeydə alınması inandırıcı görünür. Ümumilikdə isə ardıcıl 6 qələbə qazanan cənublular bu seriyanı 7-yə çatdırmaq istəyindədir.

İlk dəfə 2004/05 mövsümündə üzləşən və yalnız çempionatda rəqib olan komandalar indiyədək 11 dəfə oynayıb. 9 qələbəsi olan “Xəzər Lənkəran” 1 dəfə heç-heçə və 1 dəfə məğlubiyyətə üzülüb. Top fərqində üstünlük isə aşkardır – 20:8.

2004/05 21.12.2004 çempionat e 2:0
2004/05 25.05.2005 çempionat s 1:0
2005/06 13.11.2005 çempionat e 1:1
2005/06 21.04.2006 çempionat s 2:1
2010/11 17.10.2010 çempionat s 1:4
2010/11 11.12.2010 çempionat e 1:0
2011/12 28.10.2011 çempionat e 1:0
2011/12 16.12.2011 çempionat s 4:1
2012/13 10.08.2012 çempionat e 4:0
2012/13 24.11.2012 çempionat s 1:0
2012/13 06.04.2013 çempionat s 2:1

Mənbə: lankaranfc.com
0