“Benfika” türk klublarına pley-offlarda uduzmur
03.05.2013 - 05:42
“Benfika” türk klublarına pley-offlarda uduzmur
Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Fənərbaxça”nı 3:1 hesabı ilə məğlub edib, finala keçən “Benfika” avrokubok oyunlarının pley-offlarında türk klublarından ütün olub. Apasport.az saytının məlumatına görə, Portuqaliya təmsilçisi qardaş ölkənin komandaları ilə 4 dəfə üz-üzə gəlib.

İlk olaraq 1975-1976 mövsümündə Çempion Klublar Kubokunun I turunda “sarı bülbüllər”i evində 7:0 hesabı ilə məğlub edib. İstanbulda keçirilən cavab matçında isə “Benfika” meydan sahiblərinə (1:0) uduzmağına baxmayaraq, növbəti mərhələni adlayan tərəf olub.

1980-1981 mövsümündə isə UEFA kubokunun I turunda “Altay”la səfərdə qolsuz bərabərə qalıb, doğma publika önündə 4:0 hesabı ilə üstələyib. Ötən mövsüm isə “Trabzonspor”u Çempionlar Liqasının III seçmə mərhələsində də məğlub etməyi bacarıb - 2:0, 1:1.

Qeyd edək ki, “Benfika” türk klublarından yalnız “Qalatasaray”a uduzub. Həmin görüş isə 2008-2009 mövsümündə baş verib. Lakin bu qarşılaşma pley-off deyil, qrup oyunlarında reallaşıb.
0