Millimizin futbolçusu afrikalının ad günündə - FOTO
03.05.2013 - 11:27
Millimizin futbolçusu afrikalının ad günündə - FOTO
“Əskişəhərspor” bazar günü qarşılaşacağı “Beşiktaş”la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, 90 dəqiqə məşq keçən Əskişəhər klubu sonda qapıya birbaşa zərbələr və standard vəziyyətlər üzərində çalışıb.

Bu hazırlıqda milli komandamızın müdafiəçisi Ufuk Budak da yer alıb. Məşqdən sonra isə komandanın qanalı müdafiəçisi Cerri Akaminkonun doğum günü qeyd olunub. Ufuk Budak 25 yaşını qeyd edən afrikalı futbolçunun tortun üzərindəki şamları söndürmə mərasimində yaxından iştirak edib.

Qeyd edək ki, Ufuk Budak yığmanın mayın 29-da Qətərlə yoldaşlıq görüşünə və iyunun 7-də Lüksemburqla seçmə mərhələ oyununa da dəvət alıb.
Ufuk-Budaq-afrikalinin-ad-gununde-030513.jpg|