Avropa Liqasının finalçısı üçün 2 stimul
03.05.2013 - 16:33
“Çelsi” Avropa Liqasının final oyununa böyük stimulla çıxacaq. Apasport.az saytının məlumatına görə, London klubu mayın 15-də “Amsterdam Arena”da “Benfika”ya qalib gələrsə, Çempionlar Liqasından (ÇL) sonrakı ildə bu turniri qazanan ilk komanda kimi tarixə düşəcək.
Londonlular Avropa Liqasını qazanarsa, UEFA bayrağı altında keçirilən hər 3 yarışı qalibi olan 5-ci komanda olacaq. Belə ki, ötən il ÇL-nin qalibi olan “zadəganlar” 1971 və 1998-ci illərdə artıq keçirilməyən Kuboklar Kubokunu əldə edib. UEFA kuboku isə 2009-cu ildən Avropa Liqası adlandırılır.
İndiyə kimi 4 klub – “Bavariya”, “Barselona, “Yuventus” və Ayaks” hər 3 turniri qazanmağı bacarıb.

0
0