Superkubok “Xəzər Lənkəran”a problem yaratdı
06.05.2013 - 13:16
“Avstriyaya səfərimin məqsədi hazırlıq zamanı məskunlaşacağımız oteli müəyyənləşdirməkdir”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayev deyib.
Ölkə kubokunun finalına yüksələn “ağ-yaşıllar” mövsümlərarası fasilədə yenə Avstriyaya yollanacaq. Klubun təşkilati işlərinə cavabdeh olan Mustafayev məhz bu səbəbdən Zalsburq şəhərinə gedir.
Mustafayevin sözlərinə görə, qalacaqları otel müəyyənləşmədiyi kimi, yay hazırlığının dəqiq tarixi də bəlli deyil.
“Zalsburqdakı otellərdən birində qalacağıq. Ancaq bu, ötən il məskunlaşdığımız otel olmayacaq. Hazırlığın dəqiq tarixi hələ bilinmir. Çünki çempionat başa çatmayıb. Bundan sonra avrokuboklara gedib-getməyəcəyimiz bilinəcək və tarixi müəyyənləşdirəcəyik. Avroliqada oynamalı olsaq, iyunun 19-da Avstriyada hazırlıqlara başlayacağıq, iyulun 3-də isə toplanışı başa vuracağıq. Çünki Avroliqada ilk oyunlar 4-də başlayacaq. Avropaya çıxa bilməsək, bir qədər gec, iyunun sonlarından toplanışa start verəcəyik” – deyə, Mustafayev bildirib.
İyunun 27-də Azərbaycan Superkuboku uğrunda oyun keçirilməlidir ki, həlledici qarşılaşmada “Xəzər Lənkəran”ın oynamaq şansı var. Belə ki, əgər mayın 28-də baş tutacaq kubokun finalında “ağ-yaşıllar” qələbə qazanarsa, ölkə çempionu ilə Superkubok görüşündə qarşılaşmalıdır.
Mustafayevin sözlərinə görə, bu variant müzakirə edilib və lazım olarsa, “Xəzər Lənkəran” Avstriyadakı toplanışdan qayıdıb həmin qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, artıq “Xəzər Lənkəran” uzun müddətdir ki, yay təlim-məşq toplanışını Avstriyada keçirməyə üstünlük verir.
Səbuhi TOFİQOĞLU

0
0