Yığmamızın İsraildəki oyununun vaxtı dəyişdirildi
06.05.2013 - 14:36
Yığmamızın İsraildəki oyununun vaxtı dəyişdirildi
21 yaşadək futbolçulardan Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsraillə səfərdə keçirəcəyi oyunun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 1 gün gec baş tutacaq.

Belə ki, oyun əvvəlcədən planlaşdırıldığı kimi sentyabrın 7-də deyil, 8-də keçiriləcək. Buna səbəb İsrail və Azərbaycanın əsas milli komandalarının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də qarşılaşmasıdır.

Qeyd edək ki, təqvimə əsasən milli komandaların oyunu sentyabrın 6-da keçirilməli idi. Lakin İsrail Futbol Federasiyası AFFA-ya müraciət edərək İsraildə sentyabrın 6-da bayram olduğunu bildirmiş, bununla əlaqədar oyunun sentyabrın 7-ə keçirilməsini xahiş etmişdi. AFFA da bu müraciəti müsbət cavablandırmışdı.

Mənbə: affa.az