Daha bir futbolçu “Qəbələ”dən qovuldu
07.05.2013 - 13:00
Daha bir futbolçu “Qəbələ”dən qovuldu
“Qəbələ” daha 1 futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi İfeanyi Emeqara əsas komandadan uzaqlaşdırılıb.

Qışda “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov tərəfindən transfer olunan nigeriyalı futbolçunun ölkəmizdə özünü göstərməməsi onunla vaxtından erkən müqaviləsinin pozulmasına səbəb olub.

Yerini Nikola Valentiçlə Ürfan Abbasova uduzan 29 yaşlı nigeriyalı futbolçu son 2 turda heç “18-liy”ə düşməyi bacarmırdı. “Styaua”dan ayrıldıqdan sonra demək olar ki, 1 ilə yaxın klubsuz qalan və vaxtilə Berti Foqts tərəfindən Nigeriya yığmasına çağırılan İfeanyi qeyd olunan səbəblərdən dünən əsas komandadan uzaqlaşdırılıb.

Bundan başqa, yayda komandanı tərk etməyə ən böyük namizədlərdən biri də sloveniyalı dayaq yarımmüdafiəçisi Luka Jinkodur. Onun müqaviləsi yayda başa çatacaq və böyük ehtimalla, onunla da yollar ayrılacaq.

Qeyd edək ki, Emeqaradan basqa, “Qəbələ” Aleksandr Çertoqanovla da yollarını ayırıb. Milliləşdirilmiş futbolçu Mahir Şükürov kimi intizamsızlığının qurbanı olub. Rəşad Abdullayevin isə yayda komandanı özünün tərk etmək istəyi bəllidir.
0