Almaniyalı müdafiəçi karyerasını başa vurur
07.05.2013 - 23:22
Almaniya milli komandasının sabiq müdafiəçisi Arne Fridrix karyerasını başa vurur. Apasport.az saytının məlumatına görə, bu haqda futbolçunun özü bildirib.
Hazırda Amerikanın “Çikaqo Fayr” klubunun şərəfini qoruyan Fridrixin müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq. 34 yaşlı oyunçu artıq yorulduğu üçün belə qərar verdiyini ifadə edib: “Müqaviləm 2013-cü ilin dekabrında başa çatacaq. Bu, sözsüz peşəkar futbolda mənim son ilimdir. Bədənim artıq yoruldu və sümüklərim həmişəki kimi möhkəm deyil”.
Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən və bu ilin fevral ayında yaşıl meydanlara qayıdan Fridrix yığma komandasının formasını 82 dəfə geyinib və 1 qola imza atıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0