Ufuk Budaksız “Əskişəhərspor” finala yüksələ bilmədi
09.05.2013 - 01:18
Ufuk Budaksız “Əskişəhərspor” finala yüksələ bilmədi
Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın komandası “Əskişəhərspor” səfərdə “Fənərbaxaça” ilə üz-üzə gəlib.

Bu qarşılaşma baş məşqçi Ərsun Yanalın yetirmələri üçün çətin olub. Çünki hazırda ölkə çempionluğunu əlindən çıxaran “sarı bülbüllər” Əskişəhər klubunu mütləq məğlub edib, finala yüksəlmək məcburiyyətində idilər.

İlk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bu dəfə də tərəflər 90 dəqiqə ərzində hərəyə 1 dəfə fərqlənib. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən komandalar penaltilər seriyasına ehtiyac duyublar. Burada isə daha yaxşı oynayan “Fənər” (4:1) adını finala yazdırıb.

Superliqanın bir neçə turunda “18-liy”ə daxil edilməyən Ufuk, yenə eyni aqibətlə üzləşib.

Qeyd edək ki, “Fənərbaxça” həlledici mərhələdə Azərbaycan yığmasının digər üzvü Cihan Özkaranın komandası “Sivasspor”u 6:0 hesabı ilə məğlub edən “Trabzonspor”la qarşılaşacaq.
0