“Neftçi” təkzib edir: 500 min dollardan azdır
08.05.2013 - 14:41
“Neftçi” təkzib edir: 500 min dollardan azdır
“İsveçrəli qapıçımız Conni Leoni yarım milyon dollara transfer etməyimiz yalan məlumatdır. Leoni bu qədər pul almayıb, heç kim də ona bu məbləği verməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə deyib.

Komandanın qış fasiləsində Kiprin APOEL klubundan icarəyə götürdüyü isveçrəli qapıçı Conni Leoni artıq xeyli müddətdir ölkəmizi tərk edib.

Abbaszadə deyib ki, “Neftçi”nin sıralarına qayıtmaq istəməyən Leoninin transfer qiyməti deyiləndən xeyli aşağıdır: “Bu, məbləğ 500 minin yarısından da çox aşağıdır. Onu öyrənmək üçün ən etibarlı mənbə klubumuzdur. Məbləği mətbuata açıqlamamaq şərti ilə müraciət edənə göstərə bilərik. Conninin gəlməməyinin səbəbi aşkar ortadadır. O, əvvəl atasının xəstə olduğuna görə düşərgəmizi tərk etdi. Sonradan isə gəlmək və ona çatacaq pulu istəmədiyini dedi. Ancaq istənilən halda, Leoni müqavilə ilə mövsümün sonuna kimi bizə icarə ilə məxsus futbolçudur”.
0