Teymur Rəcəbov bu dəfə heç-heçə etdi
09.05.2013 - 23:00
Norveçin Stavanqer şəhərində şahmat üzrə super turnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov ikinci görüşünü keçirib.
Ötən tur Serqey Karyakinə uduzan təmsilçimiz bu dəfə Bolqarıstan şahmatçısı Veselin Topalovla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan zəka sahibimiz rəqibi ilə heç-heçə edib.
Qeyd edək ki, yarışın III günündə Rəcəbov yerli qrossmeyster Lüdviq Hammerlə qarşılaşacaq.

0
0