Bakıda meydana çıxmayan futbolçunu “Monako” istəyir
10.05.2013 - 03:46
Bakıda meydana çıxmayan futbolçunu “Monako” istəyir
“Atletiko”nun heyətində Azərbaycana gələn və “Bakı” ilə yoldaşlıq görüşündə meydana çıxmayan Radamel Falkao növbəti mövsüm Fransa çempionatında çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, kolumbiyalı hücumçu ilə “Monako” yaxından maraqlanır.

Belə ki, sözügedən klubun sahibi rusiyalı biznesmen Dmitri Rıbolov komandasını gücləndirmək məqsədi ilə 200 milyon avro məbləğində pul xərcləmək niyyətindədir. “Monako”nun yeni mövsümdən etibarən Fransa çempionatında uğurlu çıxış etmək üçün isə ilk hədəfi məhz Falkao olacaq. Əgər Radamelin bu kluba keçidi reallaşarsa, yeni komandasında ilinə 10 milyon avro qazana bilər.

“Monako” rəhbərliyi Falkaodan başqa isə kluba “Mançester Siti”nin hücumçusu Karlos Tevesi və tanınmış məşqçi Klaudio Ranyerini dəvət etmək istəyir.

Qeyd edək ki, “Monako” hazırda Fransa divizionunun turnir cədvəlinə 67 xalla başçılıq edir. Ona Liqa 1-ə vəsiqə qazanmaq üçün cəmi 1 xal lazımdır.
0