1 xal da qazansalar...
10.05.2013 - 14:09
1 xal da qazansalar...
AZAL ikinci “altılıq”da toplanılan xallara əsasən Azərbaycan rekordunu təkrarlayıb. Apasport.az saytı xəbər verir ki, 30 turdan sonra hesabında 51 xal olan “təyyarəçilər” hamıdan yüksəkdə uçmaqda “Qəbələ”nin 2 il əvvəlki nailiyyətini göstərir.

2009/10 mövsümündən mövcud olan ikinci “altılıq”da indiyədək bu qədər xal toplayan 3-cü komanda olmayıb.

Lakin “Qəbələ” 2010/11 mövsümündə 51 xalı 32 oyunda toplamışdı. AZAL isə artıq 30 matçda buna nail olub. 7-ci yeri təmin etməklə təsəlli qrupunun çempionluğunu rəsmiləşdirən Vaqif Sadıqovun yetirmələrinə mütləq rekord üçün 1 xal kifayətdir.

Bu, AZAL-ın ikinci “altılıq”da 3-cü çıxışıdır. Bu qrupda oynadığı vaxt daim 1-ci olan “təyyarəçilər” üçün yeganə istisna 2010/11 mövsümündə olub ki, həmin vaxt komanda ilk “altılıq”da 4-cü olmaqla Avropa Liqasına vəsiqə əldə etmişdi. Həmin vaxt 2-ci “altılıq”da ən yaxşı “Qəbələ” olmuşdu.

İkinci “altılığ”ın “çempion”ları
2009/10
Olimpik-Şüvəlan (indiki AZAL)
32
11
10
11
33-28
43
2010/11
Qəbələ
32
13
12
7
31-18
51
2011/12
AZAL
32
12
8
12
44-44
44
2012/13
AZAL
30
14
9
7
48-29
51

Qeyd edək ki, “altılıq” sisteminin tətbiq olunduğu əvvəlki 3 çempionatda mükafatlar uğrunda yarışanlar 6 komandalı qrupda mübarizə aparsa da, ikinci yarımqrupda iştirakçıların sayı az olub.

1995/96 və yarımçıq qalan 2001/02 mövsümlərində ilk “altılıq”la yanaşı, ikinci qrup “beşlik” təşkil edib. 1998/99 mövsümündə isə 1 “altılıq” və 2 “dördlük” olub.