“Trabzonspor” və “Sivasspor” qazandı, “Əskişəhərspor” xal itirdi
14.05.2013 - 01:34
“Trabzonspor” və “Sivasspor” qazandı, “Əskişəhərspor” xal itirdi
Türkiyə Superliqasında XXXIII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə dörd qarşılaşma baş tutub.

Superliqada qalmaq uğrunda mübarizə aparan “Akhisar BS”i doğma publika önündə “Mersin İdmanyurdu”nu qəbul edib. Yunanıstanlı hücumçu Teofanis Gekasın matçın son dəqiqələrində vurduğu yeganə qol meydan sahiblərinə 3 xal qazandırıb.

Azərbaycan millisinin forvardı Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” isə evində “Karabükspor”la üz-üzə gəlib. Təmsilçimizin “18-liy”ə daxil edilmədiyi oyunda komandası rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Yığmamızın digər üzvü Ufuk Budakın heyətində çıxış etdiyi “Əskişəhərspor” isə səfərdə “Bursaspor”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Özkara kimi Budaq da heyətə daxil edilməyib.

Turun ən bol qollu oyunu isə “Trabzonspor” – “İstanbul BB” arasında reallaşıb. “Avni Akek” stadionunda keçirilən görüşdə qapılara 7 qol vurulub və Qara dəniz təmsilçisi 4:3 hesablı qələbəyə sevinib.


Türkiyə Superliqasında
XXXIII tur
10 may
“Qaziantepspor” – “Elazığspor” – 1:1
Bəkir, 69 – Kaloğlu, 87

“Kasımpaşa” – “Kayserispor” – 1:2
İbriçiç, 85 – Yılmaz, 7, Bobo, 89

11 may
“Beşiktaş” – Gənclərbirliyi” – 3:0
Kavlak, 14, O.Şahan, 45, Holosko, 73

“Antalyaspor” – “Orduspor” – 1:0
Şişmanoğlu 47

12 may
“Fənərbaxça” – “Qalatasaray” – 2:1
Vebo, 33; 36 – Burak, 25-pen

13 may
“Trabzonspor” – “İstanbul BB” – 4:3
Adin, 19, Şən, 23, Altıntop, 37, Öztekin, 84 - Madureyra, 34, Zayatte, 57

“Akhisar BS” – “Mersin İdmanyurdu” – 1:0
Gekas, 89

“Bursaspor” – “Əskişəhərspor” – 0:0

“Sivasspor” – “Karabükspor” – 2:1
Uçar, 58-avtoqol, Şaheşuhe, 79 - Ünal, 73
0