“Qalatasaray” Con Terri ilə maraqlanır
11.05.2013 - 04:08
Ötən tur Türkiyə Superliqasında “Sivasspor”u 4:2 hesabı ilə məğlub edib, 19-cu çempionluğunu qazanan “Qalatasaray” növbəti mövsümün hazırlıqlarına indidən başlayır. Apasport.az saytının məlumatına görə, müdafiə xəttində ciddi problemləri olan “Cim-Bom”un ilk transferindən biri bu mövqeyə olacaq.
İstanbul klubu isə müdafiə xəttində “Çelsi”nin futbolçusu Con Terri ilə güclənmək istəyir. Britaniya mətbuatı iddia edir ki, “aslanlar” İngiltərə milli komandasının oyunçusunun maliyyə cəhətdən təmin etməyə hazırdırlar. Həmçinin “Qalatasaray” bununla bağlı yaxın günlərdə “zadəganlar”a rəsmi təklif də göndərəcək.
Qeyd edək ki, Terrinin “Çelsi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Con isə ötən ay yenidən komandası ilə müqavilə imzalamaq istədiyini bildirmişdi. Lakin hələ ki ingilis klubu onunla danışıqlar aparmayıb.

0
0