“Xəzər Lənkəran”ın məşqçilər korpusunu qayğılandıran məqam
11.05.2013 - 11:39
“Xəzər Lənkəran”ın məşqçilər korpusunu qayğılandıran məqam
“Turan” üzərində qələbədən sonra bir günlük istirahətini başa vuran “Xəzər Lənkəran”, dünəndən məşqlərini bərpa edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə. dünən, gün ərzində yeganə, gündüz məşqini Lənkərandakı bazasının ehtiyat meydançasında keçirən komanda bu gun, səhər məşqini də tamamlayaraq Bakıya yola düşüb.

Topaz Premyer Liqasının XXXI turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi məkanda, “Bayıl Arena”da oyun öncəsi son məşqini edib hazırlığını tamamlayacaq. Hazırda komandada zədəlilərin çoxluğu məşqçilər korpusunu qayğılandıran əsas məqamdır. Belə ki, Kamran Abdullazadə, Elnur Abdullayev, Akif Tağıyev, Adrian Pit, Vanderson Skarduelli və Dimitrios Sialmas komanda ilə birgə hazırlıq keçə bilmir. Adıçəkilən futbolçular hələlik fərdi olaraq məşqlərini davam etdirirlər.
0