Premyer Liqanın ən yaxşısı - Toni Doblas
13.05.2013 - 11:48
Topaz Premyer Liqasında XXX turun ən yaxşıları və rəmzi komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Instat Football” şirkətinin PFL-ə təqdim etdiyi təhlillərə əsasən turun ən yaxşı oyunçusu “Xəzər Lənkəran”ın qapıçısı Toni Doblasdır.
Topa ən çox sahib olan, ən çox hücum təşkil edən, qapıya ən çox zərbə endirən və dəqiq ötürmə verən komanda “Neftçi”dir. Bu parametrlər üzrə ən zəif göstərici isə “Simurq”dadır.
“Rəvan” komandası ən çox qayda pozuntusuna yol verən komandadır.
“Neftçi”nin futbolçuları Flavio Aleks Valensio və Araz Abdullayev rəqib qapısına hamıdan çox – hərəyə 7 zərbə endiriblər. Ən çox dəqiq ötürmə verən isə “Neftçi”nin kapitanı Rəşad Sadiqovdur.
Hava mübarizələrində “Sumqayıt” klubunu futbolçusu Murat Doymuş hamıdan uğurlu olub.
“Neftçi”nin yarımmüdafiəçis Araz Abdullayev həm də ötən turun ən çox driblinq edən futbolçusudur.
Turun rəmzi yığmasında isə “Neftçi” və “Xəzər Lənkəran”ın hərəsindən 3 futbolçu yer alıb.
Qapıçı – Toni Doblas (Xəzər Lənkəran)
Müdafiəçilər – Tərlan Quliyev (Neftçi); Manuel Skarlatake (Xəzər Lənkəran); Denis Silva Kruz (Neftçi); Kamran Abdullazadə (Xəzər Lənkəran)
Yarımmüdafiəçilər – Lourival Assis (Qəbələ); Namiq Yusifov (Qarabağ); Julius Vobay (Neftçi); Bujamin Asani (Kəpəz)
Hücumçular – Vladislav Serebryakov (Kəpəz); Junior Nildo (AZAL)

0
0