AFFA ilk Avropa çempionatına hazırlaşır
14.05.2013 - 13:54
UEFA İcraiyyə Komitəsinin qərarı ilə 2016-cı ildə ilk dəfə ölkəmizdə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək U-17 yığmamızın heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən turnir təşkil olunub.
Belə ki, yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunub və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləyib. Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib.
Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dən 19-dək seleksiya prosesində seçilmiş futbolçular üçün düşərgə təşkil olunacaq.
Mənbə: affa.az

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0