Aryen Robben yenidən İngiltərəyə qayıtmağa yaxındır
15.05.2013 - 03:04
Aryen Robben yenidən İngiltərəyə qayıtmağa yaxındır
Baş məşqçi Roberto Mançini ilə yollarını ayıran “Mançester Siti” rəhbərliyi komandaya həm yeni çalışdırıcı, həm də heyətdə dəyişikliklər etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in transfer siyahısının ilk pilləsində “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robbenin adı göstərilib.

İngilis klubu Hollandiya milli komandasının üzvü üçün yaxın günlərdə Münhen təmsilçisinə təklif göndərməyə hazırlaşır. Yeni mövsümdən “Bavariya”nı çalışdıracaq olan baş məşqçi Xosep Xvardiolanın da sərəncamında görmək istəmədiyi və adını siyahıdan çıxardığı Robbenə “Mançester Siti” 12 milyon funt-sterlinq ödəmək niyyətindədir.

Qeyd edək ki, Aryen Robben 2004-2007-ci illə arasında İngiltərənin “Çelsi” klubunda çıxış edib. 3 “zadəganlar”ın formasını geyinən hollandiyalı futbolçu 2007-ci ildə 24 milyon funt-sterlinqə “Real”a transfer olunub. Robben 2010-cu ildən isə “Bavariya”nın şərəfini qoruyur.