Rail Məlikovla Arif İsayev cəzalandırılır
15.05.2013 - 13:05
Rail Məlikovla Arif İsayev cəzalandırılır
“Tək “Ankaragücü” matçınınkı yox, bütün mükafatlar futbolçulara verildi”. Apasport.az saytının məlumatına görə, bunu “Dənizlispor”un maliyyə məsələləri üzrə vitse-prezidenti Taner Atilla deyib.

Bazar ertəsi “Dənizlispor”un 24 futbolçusu klub rəhbərliyi əleyhinə bəyanat yayıb. Rail Məlikovla Arif İsayevin də imzasının olduğu bəyanatda futbolçulara söz verilən pulların ödənilməməyi pislənilib. Bundan sonra klub rəhbərliyi futbolçuların pullarını ödəyib.

Bu üsyanın başında kapitan Vəli Acarın durması isə klub rəhbərliyinə pis təsir edib. Atillanın sözlərinə görə, kapitan bu hərəkətlərindən öncə düşünsə, yaxşı olardı: “Heç olmazsa, mənə zəng edərdilər, ancaq axtarmadılar. Kapitan dediyin adam belə hərəkətlərin qarşısına keçib abilik edər. Bir neçə futbolçunun müqaviləsi yenilənmədi deyə bu cür hərəkətlərə ehtiyac yox idi. Üstəlik, Vəli Acar komandada ən çox pul alan oyunçulardandır. Bu komanda bu şəhərin hər şeyidir, ən böyük dəyəridir. Pul problemi hər klubda olur, amma əsl problem köhnə rəhbərliyin vaxtından alacaqlarla bağlıdır. Vəli Acar və bir çox futbolçunun bizim dönəmdə alacaqları yoxdur”.

Məhz bu açıqlamadan sonra məlum olub ki, klub rəhbərliyi toplantı keçirib. Hərəkətləri ilə narazılığa səbəb olan bəzi oyunçuların intizam qaydalarını pozduqlarına görə cəzalandırılması qərara alınıb.
0