Mario Balotelli: Belə hərəkətlər mənə təsir göstərir
15.05.2013 - 23:15
“Əgər mənə qarşı irqçiliklə bağlı hər hansı bir hərəkət yenə olacaqsa, onda meydandan gedəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Milan”ın hücumçusu Mario Balotelli deyib.
O, İtaliya A seriyasının sonuncu turunda “Roma” ilə görüşdə paytaxt təmsilçisinin azarkeşləri tərəfindən meydanda irqçi təhqirlərə məruz qaldığına münasibət bildirib: “Axı belə şeylər axmaqlıqdır. Həmin zaman meydanı tərk etməyə hazır idim, lakin orada qaldım. İnsanlar düşünə bilirlər ki, belə hərəkətlər mənə təsir göstərir. Bəli, əvvəl deyirdim ki, azarkeşlərin irqçi ifadələr işlətməsi mənə heç cür təsir etmir, amma indi bu barədə öz fikirlərimi dəyişdim”.
Qeyd edək ki, İtaliya Futbol Federasiyas buna görə “Roma”nı 50 min avro məbləğində cərimələməmişdi.

0
0