“Bakı”nın “Portu” ilə qarşılaşacağı dəqiqləşdi
16.05.2013 - 17:57
Mayın 29-da Qəbələdə 15 yaşadək futbolçular arasında start götürəcək “Gabala Cup” turnirinin qruplarının tərkibinə aydınlıq gəlib. Apasport.az saytının “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovdan aldığı məlumata görə, artıq komandalar qruplara bölünüb.
Belə ki, “Qəbələ” “Barselona”, “Beşiktaş” və Donetsk “Şaxtyor”u ilə bir qrupda mübarizə aparacaq. Ölkəmizi bu turnirdə təmsil edəcək digər klubumuz – “Bakı” isə “Zenit”, “Feyenoord” və “Portu” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirin tam oyun proqramı “Qəbələ”nin rəsmi saytı vasitəsilə açıqlanacaq.

0
0