Cihan Özkaranın baş məşqçisi: Bəlkə bu qısa müddətli bir ayrılıq olar
17.05.2013 - 06:53
“Təxminən 3 ildir “Sivasspor”u çalışdırıram. İlk gəldiyim il komanda Superliqanı tərk edirdi və klubu bu vəziyyətdən xilas etdik. Bu il hədəfim kubokda yaxşı bir yerə gəlmək idi. Heyətdə az oyunçularla kubokda yarımfinala qədər irəlilədik. Çətin günlər yaşayarkən insan dəstək istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un baş məşqçisi Rza Çalımbay deyib.
Təcrübəli mütəxəssis Sivas klubundan ayrılmasını dəyərləndirib: “Orduspor” matçı bizim ən təhlükəli maçlarımızdan biri idi. O görüşdə yaşananların ardından belə bir qərar vermədim. Mən ilə əlaqəsi olmasa da, insan kədərlənir. Məşqçi dəyişməsinin yaxşı olacağına qərar verdim. Rəhbərlik mənim qərarımın dəyişdirməsi üçün səy göstərdi, amma ayrılmaq istədim. Bu, bəlkə qısa müddətli bir ayrılıq olar, daha sonra yenidən davam edə bilərəm”.
Qeyd edək ki, Rza Çalımbay Türkiyə Superliqasının XXXIII turu çərçivəsində “Karabükspor”la (2:1) oyundan sonra komandadan getmək istədiyini bildirib.

0
0