Yaponiya yığması Bakıya qalib gəlir
17.05.2013 - 11:45
Yaponiya yığması Bakıya qalib gəlir
Mayın 29-dan iyunun 5-dək Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək III “Caspian Cup” turnirinin iştirakçılarından olan Yaponiya millisi ölkəmizə qalib kimi gəlir. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi Bakıya gəlməzdən öncə İtaliyada keçirilmiş “Çitta di Qradiska” turnirində gücünü sınayıb.

Yaponiya Meksika, İsrail və Qazaxıstanın yer aldığı C qrupunu 7 xalla lider kimi tamamlayıb. Yoshitake Hirofuminin yetirmələri finalda Xorvatiyanı 2:0 hesabı ilə məğlub edərək qalib gəlib.

Qeyd edək ki, Yaponiya “Caspian Cup” turnirində D qrupunda mübarizə aparacaq. Asiyalıların rəqibləri Uruqvay və Tacikistan yığmalarıdır.