Messi heç bir komandaya keçmək haqqında düşünmür
20.05.2013 - 19:37
Messi heç bir komandaya keçmək haqqında düşünmür
“Mən heç vaxt başqa kluba keçmək haqqında düşünmürəm.” Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi deyib.

Argentinalı forvard bildirib ki, özünü yalnız hazırkı komandasında təsəvvür edir: “Hətta özümü “Barsa”dan başqa digər komandalarda təsəvvür edə bilmirəm. Əgər cari mövsüm haqqında danışmaq lazımdırsa, onda İspaniya çempionatının qalibi olduq. Bu yaxşı nəticədir, amma bizim hədəfimiz bütün yarışlarda kubok qazanmaq idi. “Bavariya” ilə matçda uduzmağımıza yenidən qayıtmağa ehtiyac yoxdur. Mövsümü artıq başa vurmuşuq. Gücümüzü qaytarmaq üçün yeni mövsümə hazırlaşmaq lazımdır”.