“Real”ın prezidenti mətbuat konfransı keçirəcək
20.05.2013 - 20:10
“Real”ın prezidenti Florentino Peres bu axşam mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, klub rəhbəri komandanın hazırkı baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıracaqlarını elan edə bilər.
Portuqaliyalı çalışdırıcı gələcək karyerası ilə bağlı daha əvvəl də bildirmişdir ki, Pereslə görüşdükdən sonra bir qərara gəlinəcək. Lakin La Liqa başa çatdıqdan sonra onlar danışıqlar aparmalı idi. Görünür çempionatın yekunlaşmasına iki tur qalmış “Real” Mourinyonu göndərmək istəyir.
Qeyd edək ki, Jozenin yerinə “Kral klubu”na PSJ-nin hazırkı çalışdırıcısı Karlo Ançelottinin gətiriləcəyi iddia olunur.

0
0