“İnter”in hazırlıq məkanı dəyişdi
21.05.2013 - 14:52
“İnter”in hazırlıq planlarında dəyişiklik olunub. Apasport.az saytının məlumatına görə, Sloveniyanın Avstriya ilə sərhəddində təlim məşq toplanışı keçməli olan “bankirlər” sonradan burda hazırlıq keçməkdən imtina edib.
Kaxaber Sxadadzenin yetirmələri iyunun 14-dən 27-dək Avstriyanın qərbində hazırlıq keçməyi məqbul bilib. Belə ki, komanda Zaltsburq şəhəri yaxınlığında məşqlərini edəcək. İyunun 24-dəki püşkatmanın nəticəsi “İnter”in Avroliqada ilk oyununu səfərdə keçirməli olduğunu göstərsə, o zaman komanda rəqib klubun təmsil etdiyi ölkəyə Avstriyadan birbaşa gedəcək.
Qeyd edək ki, “İnter” hazırlıq mərhələsinin ilk hissəsini 2-11 iyun tarixlərində İzmitin Kartəpə qəsəbəsində keçirəcək.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0