“Bavariya” “Ceyms Bond” filmindəki caniyə oxşayır”
22.05.2013 - 06:44
“Bavariya” “Ceyms Bond” filmindəki caniyə oxşayır”
“Bavariya” uzun illər boyunca müvəffəqiyyətli olmaq istəyir. “Barselona” kimi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı çalışdırıcı “Bavariya”nın transfer siyasətini şərh edib: “Əgər sizdə pul varsa, bu mümkündür. Hərçənd, onsuz da 100 faiz zəmanət yoxdur. Biz supermarket deyilik, amma onlar bizim oyunçularımızı alırlar. Bilirlər ki, bizdə onlara ödəməyə çox pul yoxdur. “Bavariya” “Ceyms Bond” filmindəki caniyə oxşayır”.

Qeyd edək ki, “Bavariya” artıq Dortmund klubunun yarımmüdafiəçi Mario Qötseni transfer edib və hücumçusu Robert Levandovskini isə əldə etməyə çalışır.