Daha 3 futbolçu “Qəbələ”dən ayrıldı
22.05.2013 - 13:28
Daha 3 futbolçu “Qəbələ”dən ayrıldı
“Qəbələ”dən gedənlərin siyahısına daha 3 futbolçu qoşulub. Apasport.az saytının klubun baş meneceri Zaur Əzizovdan aldığı məlumata görə, müqaviləsi hələ 1 il də qalan Vurğun Hüseynovla yollar ayrılıb.

Millimizin sabiq müdafiəçisi Türkiyədə əməliyyat olunsa da, mövsüm ərzində başqa nahiyəsindən ciddi zədələnib. Bu üzdən klub rəhbərliyi futbolçu ilə yollara davam etməyin mümkünsüzlüyünü anlayıb. Futbolçunun müqaviləsi qarşılıqlı anlaşma şəklində pozulub.

“Qəbələ”dən ayrılacaq digər futbolçular isə qapıçı Elnar Kərimovla dayaq yarımmüdafiəçisi Yaşar Abuzərovdur. Hər 2 futbolçu hələ Ramiz Məmmədovun komandada ilk çalışdığı vaxtlardan “Qəbələ”də idi. Ancaq müqaviləsi başa çatmış futbolçularla yeni anlaşmanın bağlanması nəzərdə tutulmayıb.

Qeyd edək ki, buna qədər “Qəbələ”nin sıralarını İfeanyi Emeqhara, Aleksandr Çertoqanov, Rəşad Abdullayev və Luka Jinko tərk edib. Nigeriyalı müdafiəçi istisna olmaqla, digər oyunçuların müqaviləsinin müddəti başa çatıb.
0