Toşakın gətirdiyi makedoniyalı - EKSKLÜZİV
22.05.2013 - 23:01
“Xəzər Lənkəran” növbəti transferini reallaşdırmaq üzrədi. Apasport.az saytının məlumatına görə, AZAL-dan braziliyalı Junior Nildo ilə mərakeşli Zohair Benouahi, "Simurq"dan kapitan Rasim Ramaldanovu heyətinə qatan cənub təmsilçisi daha bir legioneri heyətə qatmağa yaxındı.
"Ağ-yaşıllar"ın uelsli baş məşqçisi Con Toşak Makedoniya millisini çalışdırdığı vaxtdan yaxşı tanıdığı Nikola Qligorovu ölkəmizə gətirir. 30 yaşlı futbolçu mərkəz yarımmüdafiəçisi kimi tanınır. Lakin dayaq yarımmüdafiəçisi kimi də özünü yaxşı tərəfdən göstərib.
Millidə 14 matç keçirən Nikola bunadək ölkəsinin U-16, U-19 və U-21 komandalarında da çıxış edib. 2010-cu ildə əsas yığmada debüt edən yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsində 6 qarşılaşmanın iştirakçısı olub.
Klub karyerasının böyük hissəsi vətəni ilə bağlı olan Qliqorov 13 il əvvəl “Alumina”da top qovmağa başlayıb. Sonradan “Vardar”, “Sementarnitsa” və “Rabotniçki”də də çıxış edən makedoniyalı 2007-ci ildə Serbiyada legioner həyatı yaşayıb. Həmin vaxt “Bezanija”nın şərəfini qoruyub.
2011-ci ildə yenidən legioner kimi özünü sınayan Qligorov Kiprdə “Alki”nin şərəfini qoruyur. Bu komandada 58 oyuna 3 qol vuran yarımmüdafiəçi avrokuboklarda da təcrübəyə malikdir. O, qitə miqyaslı klub yarışlarında 15 matçda 1 qol vurub.
Nikolas yaxın günlərdə Bakıya gəlib, danışıqlar masası arxasında oturacaq. Bundan sonra onun "ağ-yaşıl" formanı geyinib-geyinməyəcəyi bəlli olacaq.

0
0