Azərbaycan yığması “Latsio” ilə qarşılaşa bilər
23.05.2013 - 12:45
İtaliyanın Piza şəhərindəki “Toscana Football Cup 2013” turnirində yarımfinalçıların tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq 2-ci turdan sonra bu mərhələyə yüksələn 19 yaşadək futbolçulardan ibarət yığmamız kimi, “Udineze”, “Latsio” və “Torino” da 4 ən güclü sırasına vəsiqə əldə edib.
Püşk ərəfəsində təşkilatçılar 2 komandanı səpələmək qərarına gəlib. “Latsio” və “Udineze” yarımfinalda üz-üzə gəlməkdən qurtulub. Onlar hərəsi 1 cütün səpələnmiş komandası olacaq. Yığmamız və “Torino” isə səpələnmədiyindən səpələnmişlərin biri ilə görüşəcək. Bu isə o deməkdir ki, millimiz ya “Latsio”ya da “Udineze” ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal oyunları sabah keçiriləcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0