“Bavariya”nın qələbə qazanmasını istəyirəm”
23.05.2013 - 23:17
“Bavariya”nın qələbə qazanmasını istəyirəm”
“Mən “Bavariya”nın qələbə qazanmasını istəyirəm, çünki o klubda Mario Mandjukiç oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının sabiq hücumçusu və həmin ölkənin futbolu federasiyasının prezidenti Davor Şuker deyib.

Təcrübəli futbolçu Çempionlar Liqasının final mərhələsində qarşılaşacaq olan “Bavariya” – “Borussiya” matçından öncə fikirlərini bildirib: “Belə yarışların finalında xorvatiyalı futbolçunun olması çox böyük şeydir. Mario bütün Xorvatiya üçün böyük işlər görür. “Bavariya” Çempionlar Liqasının ötən ilki finalında üstünlüyə malik idi. Bununla belə, mənim futbol təcrübəm deyir ki, bütün bunlar heç nə anlamını vermir. Bu və ya digər komandanın qələbəsində arxayın olmaq olmaz”.