AZAL-da futbolçu qalmadı
24.05.2013 - 09:17
Topaz Premyer Liqasının son mövsümündə 7-ci yeri tutmaqla ikinci “altılığ”ın çempionu olan AZAL-da “yarpaq tökümü” davam edir. Apasport.az saytının məlumatına görə, nigeriyalı futbolçular – müdafiəçi Usim Nduka və yarımmüdafiəçi Viktor İqbekoyi “təyyarəçilər”i tərk ediblər.
Müqaviləsi bitən hər 2 afrikalı ilə başa çatan anlaşmalar uzadılmayıb. Onların karyeralarını paytaxtda davam etdirəcəyi istisna deyil. Çox güman ki, Nduka “İnter”in, İqbekoyi isə “Bakı”nın maraq dairəsindədi.
Viktordan fərqli, Usim milliləşərək yığmamızda oynadığı üçün yerli futbolçu sayılır. Özü də Aqil Nəbiyevin qışda “Bakı”ya gedişindən sonra AZAL-ın yeni kapitanı olan 28 yaşlı müdafiəçi “təyyarəçilər”in ən sadiq futbolçusu idi. Belə ki, Nduka AZAL hələ 2004/05 mövsümündə I dəstədə AMMK adlanan dövrdə heyətində olub. 27 yaşlı İqbekoyi isə AZAL-a qədər “Turan” və “Qarabağ”da forma geyib.
Usim Azərbaycan milli çempionatı tarixində 200 oyun həddini keçən ilk əcnəbi kimi düşüb. O, AZAL-ın heyətində çempionatda 208 görüş keçirməklə rekordçudur. Maraqlıdır ki, 2-ci yerdə də Viktor idi – 102. Göründüyü kimi, “təyyarəçilər” oyun sayında liderlərinin hər ikisini birdən itirdi.
Bunadək “Xəzər Lənkəran”a keçən mərakeşli yarımmüdafiəçi Zohair Benouahi ilə braziliyalı hücumçu Junior Nildo do AZAL-da rekordçular sırasında idi. Belə ki, Zohair komandanın heyətində çempionatda 24 qol vurub. Oyun sayında isə nigeriyalılar və qapıçı Cahangir Həsənzadədən sonra 76 matçla dördüncüdür.
Nildo isə debüt mövsümündə 21 qol vurmaqla, “təyyarəçilər”də 1 ilə bu qədər fərqlənən ilk futbolçu kimi tarixə düşdü. “Xəzər Lənkəran”ın yeni transferlərindən sonra AZAL-ın 3-cü bombardiri də Viktor idi – 15 qol.

0
0