“Neftçi”nin kapitanını kim stimullaşdırıb?
24.05.2013 - 10:54
“Neftçi”nin kapitanını kim stimullaşdırıb?
“Neftçi” kapitanı Rəşad Sadiqovla müqaviləsinin müddətini uzadıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçimiz növbəti 2 ildə də “ağ-qaralar”ın şərəfini qoruyacaq.

Sadiqov bildirib ki, yeni müqavilə ona yeni stimul verəcək: “Premyer Liqada diqqətimizi yalnız çempionluğa yönəltmişdik və nəticədə bunu bacardıq. İnanıram ki, ölkə kubokunu da qazanacağıq. “Neftçi” ilə yeni müqavilə bağlamağım mənə əlavə stimul verir”.