Aleksandar Şoliç “İnter”ə keçə bilər
27.05.2013 - 09:01
Vladimir Levinlə Nizami Hacıyevi “Qəbələ”yə “verən” “İnter” Yunanıstan bazarı ilə yanaşı, ölkə daxilində top qovmuş legionerləri də gözdən qoymamağa çalışır. Apasport.az saytının məlumatına görə, “Bakı” ilə müqaviləsi başa çatmış Aleksandar Şoliçin xidmətində “bankirlər” də maraqlı tərəfdi.
30 yaşlı yarımmüdafiəçi ilə hazırda danışıqlar gedir. Ölkənin digər aparıcı klublarından ona ciddi təklif gəlməsə, böyük ehtimalla, oyun qurucusu ilə 1 illik müqavilə bağlanacaq. Xorvatiyalı yarımmüdafiəçinin komandaya qoşulması isə bolqarıstanlı Daniel Genovun da ölkəmizdən ayrılmasına səbəb olacaq.
Qeyd edək ki, “İnter”i mövsümlərarası fasilədə Levin, Nizami ilə yanaşı, Samir Zərgərov, Valeri Abramidze, İlya Kandelaki, Revaz Tevdoradze, Georgi Adamiya və Tales Şuts tərk edib.

0
0